Bu mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq

Bu mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, paytaxtın Neftçilər prospekti və akademik Zərifə Əliyeva küçələrində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır.

“Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi xahiş edirik”, - DYP rəsmisi söyləyib.

A.Əsgərlinin sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi martın 25-dən martın 26-sı axşam saatlarına qədər davam edəcək.

Cebhe.info