Daha bir idmançımız Avropa çempionu oldu

Daha bir idmançımız Avropa çempionu oldu

Azərbaycan idmançısı Tofiq Quliyev bilyard üzrə Avropa çempionu olub.

Bu barədə Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

O, Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 7 ölkədən 70 bilyardçı mübarizə aparıb.

İkinci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü pillədə qərarlaşıb.

"Cebhe.info"