“Putin namizəd olmayacaq, Bayden və Tramp isə...” - Astroloqdan şok PROQNOZ

“Putin namizəd olmayacaq, Bayden və Tramp isə...” - Astroloqdan şok PROQNOZ

Bu il dünyanın iki nəhəng ölkəsində prezident seçkiləri keçiriləcək. Söhbət ABŞ və Rusiyadan gedir.

Belə ki, 17 martda Rusiyada prezident seçkiləri keçiriləcək. Bu postu qazanmağa əsas favorit isə indiki Prezident Vladimir Putindir. Onun yenidən prezident seçiləcəyi şübhə doğurmur. Noyabrın 5-də isə ABŞ-nin yeni prezidenti bəlli olacaq. Orada əsas mübarizənin sabiq prezident Donald Tramp və indiki dövlət başçısı Co Bayden arasında keçəcəyi gözlənilir. 

Tanınmış astroloq Səbuhi Rəhimli Rusiya və ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı “Cebhe.info”-ya danışıb. O, ABŞ-də sürpriz namizədin seçiləcəyini proqnozlaşdırır:

“Nə Donald Tramp, nə də Co Bayden seçiləcək. Ermənistandakı seçkilər zamanı da Nikol Paşinyanın seçiləcəyini deyirdim. Hərçənd ki, çoxları onun şansının olmadığını söyləyirdilər. Amma proqnozum doğru çıxdı. Mənim hesablamam, məşğul olduğum elm Tramp və Baydenin qarşıdan gələn seçkilərində prezident olmayacağını göstərir. Konkret kimlərin rəsmi şəkildə namizəd olacağı bəlli olandan sonra kimin seçiləcəyini də proqnozlaşdıra bilərəm”. 

Astroloq Rusiya ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib: 

“Rusiyada kimin prezident seçiləcəyi ilə bağlı heç bir şübhə yoxdur. Yenə də Vladimir Putin seçiləcək. Amma bunun Putinin sonuncu seçkisi olacağını proqnozlaşdırıram. Hesab edirəm ki, o, bir də prezident seçilməyəcək. 

Ümumiyyətlə, Rusiyada 2030-cu ilə keçiriləcək prezident seçkilərində Vladimir Putin olmayacaq. Yəni həmin seçkilərdə Putinin namizədliyi irəli sürülməyəcək”. 

Elmir Mustafa 
“Cebhe.info”