Bakıda heç kim Şaxta baba olmaq istəmir

Yeni il günlərində Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərməyə icazə almaq üçün Bakı Şəhər Ticarət və Xidmət Departamentinə müraciət edilməyib.
Bu barədə Departamentdən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, rüsum dəyişməyib, əvvəlki illərdə olduğu kimi 60 manatdır. Ancaq hələlik müraciət edən yoxdur.
Ləman İsmayıl
"Cebheinfo.az"