“Keçid balı artacaq” deyənlərə CAVAB

“Keçid balı artacaq” deyənlərə CAVAB

“Hələ buraxılış imtahanları dünən bitib, amma biz indidən hansısa ixtisaslarda keçid balının qalxacağından danışırıq. Nəzəri olaraq , ehtimal etmək mümkündür ki, məsələn, İT profilli ixtisasların keçid balları bu il də arta bilər. Bunu yalnız əmək bazarının tələb-təklif mexanizmi və getdikcə artan maraq rakursundan demək olar, başqa nəyəsə görə yox!”

“Cebheinfo.az” xəbər verir ki, bunu təhil eksperti Elmin Nuri deyib.  O bildirib ki, hansısa ixtisaslar üzrə keçid ballarının artıb-azalması üçün isə lazım olan dataların heç 10 %-i də hazırda yoxdur:

“İndidən olması da mümkün deyil. Bunun üçün aşağıdakıları bilməliyik:

1)Buraxılış imtahanlarının nəticələrini və onun ümumi gedişata təsirini;
2)Hər iki cəhd blok imtahanlarının nəticələrini;
3) İxtisaslar üzrə ayrılan plan yerlərinin sayını;
4) Həmin plan yerlərində dövlət sifarişli üçün ayrılan payı;
5)İxtisas seçiminə buraxılacaq abituriyentlərin sayını;
6)İxtisas seçimində hər hansı x ixtisasa olan müraciət sayını.
Bu isə yalnız sonrakı etapda qismən mümkündür.

Əgər belədirsə, əlimizdə bu 6 ardıcıllıq üzrə datalar yoxdursa, “keçid balı artdı, ya azaldı"nı tam dəqiqliyi ilə necə deyə bilərik?”

Xəzər
“Cebheinfo.az”