ABŞ iqtisadiyyatı növbəti iki ildə bu qədər artacaq

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 2025 və 2026-ci il üzrə iqtisadi artım proqnozu açıqlanıb.
“Cebheinfo.az” xəbər verir ki, proqnozu Beynəlxalq Valyuta Fondu (BVF) açıqlayıb.
Bildirilir ki, ABŞ-nin 2025-ci il üzrə artım proqnozu 0.5 faiz bəndi yuxarıya doğru artırılaraq 2.7, 2026-cı il üzrə isə 0.1 faiz bəndi artırılaraq 2.1 faiz səviyyəsində olacaq.
Qeyd olunub ki, cari ildə yuxarıya doğru artım proqnozunu şərtləndirən əsas amillər dayanıqlı əmək bazarı, investisiyaların sürətlənməsi və qismən də 2024-cü ildə müşahidə edilən iqtisadi aktivliyin təsirləridir.
Vilayət Muxtar
“Cebheinfo.az”