Ankarada ağır yol qəzası: 5 nəfər ölüb

Ankarada ağır yol qəzası: 5 nəfər ölüb

Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.

Bu barədə Ankara bələdiyyə sədri Mansur Yavaş bildirib.

Qeyd olunub ki, hərəkətdə olan avtomobil Ankara – Çankırı yolunda aşıb.

Nəticədə maşında olan beş nəfər ölüb. Onların eyni ailənin üzvləri olduğu bildirilir.

“Cebheinfo.az”