“Artsax nümayəndəliyi”nin ofisində axtarış aparılıb - YENİLƏNİB

“Artsax nümayəndəliyi”nin ofisində axtarış aparılıb - YENİLƏNİB

Özünü ləğv edilmiş "Artsax"ın  "dövlət naziri" kimi təqdim edən Njde İskandaryan xəbəri təsdiqləyib.

O bildirib ki, İstintaq İdarəsinin bir qrup əməkdaşı təxminən bir saat əvvəl nümayəndəliyinə gəlib və orada axtarış aparılır.

14.02

Ermənistanın İstintaq Komitəsi İrəvandakı “Artsax nümayəndəliyi”nin ofisində axtarışlar aparır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Mənim şərəfim var" fraksiyasının katibi Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

O, həmçinin qeyd edib: "Azərbaycan Ermənistan hakimiyyətinə təzyiq göstərərkən, "Qərbi Azərbaycan" konsepsiyasını irəli sürərkən və azərbaycanlıların geri qayıtması ilə hədə-qorxu gələrkən, Ermənistan hakimiyyəti Azərbaycanın xeyrinə daha bir addım atır".

O, bu hadisəni Qarabağdan köçən ermənilərin geri qayıtması ilə bağlı dünən parlament dinləmələrindən bir gün sonraya təsadüf etdiyini vurğulayıb.

Xəzər
“Cebheinfo.az”