Ermənistan Rusiyanı cinayətdə ittiham etdi

Ermənistan Rusiyanı cinayətdə ittiham etdi

Ermənistan BMT Baş Assambleyasında Rusiyaya qarşı ittihamları ehtiva edən qətnamənin lehinə səs verib. 

“Cebheinfo.az”-ın məlumatyına görə, sənəd “Birləşmiş Millətlər Təşkilatı ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq: 

Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq” adllanır. Qətnamə lehinə 105, əleyhinə 9 ölkə, o cümlədən ABŞ, 33 ölkə bitərəf olmaqla qəbul edilib. Lakin Azərbaycan və İsrail səsvermədə iştirak etməyib. Qətnamənin preambulasında xüsusilə Rusiyanın Ukraynaya və Gürcüstana təcavüzündən bəhs edilir. Qətnamədə, həmçinin Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə xüsusi tribunalın yaradılması üzərində işdən də söz açılır. 

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Conatan Şrayer bəyanatında bildirib ki, Birləşmiş Ştatlar Avropa Şurasının insan hüquqlarının müdafiəsi və müdafiəsi, demokratiyanın inkişafı və qanunun aliliyinin təşviqi sahəsində fəaliyyətini yüksək qiymətləndirir. Lakin bu qətnamə Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəyanatları təkrarlayır və ABŞ-nin iki ölkə arasında sülhü təşviq etməsini faydasız hesab edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az