Borrell Rusiyaya çağırış etdi: "Atəş açmağı dayandırın!" 

Borrell Rusiyaya çağırış etdi: "Atəş açmağı dayandırın!" 

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Rusiya Federasiyasını Kaxovka Su Elektrik Stansiyasının partladılmasından sonra su basmış ərazilərdə insanları xilas etmək təhlükəsi yaradan mərmi atəşlərini dayandırmağa çağırıb.

Cebhe.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Borrell "Tvitter"-də yazıb. “Məlumatlara görə, Rusiyanın atəşləri Kaxovka bəndinin dağıdılmasından sonra Xerson vilayətində günahsız dinc sakinlərin xilas edilməsi səylərini təhlükə altına qoyur. Biz Rusiyanı bu qəbuledilməz hərəkətləri dərhal dayandırmağa çağırırıq.

Bu, başqa bir hərbi cinayəti təmsil edə bilər. Bütün məsul şəxslər cavab verəcəklər”, - Borrell belə yazıb.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Alyans ölkələrini Kaxovka SES-nin partlaması nəticəsində yaranmış ekoloji fəlakətlə əlaqədar Ukraynaya təcili humanitar yardım göstərməyə çağırıb.

Əlavə edək ki, ABŞ prezidenti Co Bayden daha əvvəl rusların Kaxovka SES-ni dağıdandan sonra Ukraynaya lazımi yardımı göstərməyə tam hazır olduğunu bildirib. Bu arada Aİ Ukraynaya yardım göstərmək üçün Mülki Müdafiə Mexanizmini tətbiq edib. İlk yardımlar artıq Almaniya, Avstriya, Litva, Latviya və Polşa, eləcə də Çexiya tərəfindən edilib.

Sevinc Tapdıqqızı
Cebhe.info