Daha bir ölkə Suriyaya uçuşları bərpa edir

Daha bir ölkə Suriyaya uçuşları bərpa edir

Birləşmiş Ərəb Əmirlikləri Suriyaya uçuşları bərpa etmək qərarına gəldiyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi xəbər agentliyi olan WAM-ın məlumatına görə, iki ölkə arasında uçuşların bərpası üçün birgə koordinasiyası üçün lazımi addımlar atılır. 

BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsindən verilən məlumata görə, 13 illik fasilədən sonra uçuşların bərpası üçün lazımi prosedurları yaxın zamanda tamamlancaq. 

Nigar Hacılı 
"Cebheinfo.az"