Dubayda avtomobil nömrəsi rekord qiymətə satıldı

Dubayda avtomobil nömrəsi rekord qiymətə satıldı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) xeyriyyə hərracında satılan avtomobil nömrəsinin qiyməti dünya rekordunu qırıb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, qeydiyyat nömrə nişanı 15 milyon dollara satılıb.

İnsanların ən sıx məskunlaşdığı Dubayda keçirilən hərracda “P7” yazısı olan avtomobil qeyd nömrəsi satışa çıxarılmışdı.

Qeyd edək ki, hərracdan əldə olunan gəlir kasıblara ərzaq paylamaq kampaniyasına yönəldiləcək.

Xatırladaq ki, qeydiyyat nömrə satışı ilə bağlı bunda əvvəlki rekord da Dubayda yenilənmişdi. AA9 qeydiyyat nişanı 2021-ci ildə 10 milyon dollardan artığa satılıb.

Günay Şahmar
Cebhe.info