İtkin düşən məşhur ravvin ölü tapıldı

Birləşmiş Ərəb Əmirliklərində ravvin Zvi Koqanın cəsədi tapılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrailin baş nazirinin dəftərxanası ilə İsrail Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.
Koqan cümə axşamı günündən itkin düşmüşdü.
İsrailin Əbu-Dabidəki səfirliyi Koqanın BƏƏ-dəki ailəsi ilə əlaqə saxlayıb. İsraildə yaşayan ailə üzvləri də yeni məlumatı alıblar.
İsrail Koqanın öldürülməsini “iyrənc antisemit terror aktı” adlandırıb və qatillərin ədalət qarşısında cavab verməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyinə söz verib.
Koqan ikili İsrail-Moldova vətəndaşlığına malikdir və İsrail 2020-ci ilin sonunda BƏƏ ilə münasibətləri normallaşdırdıqdan sonra Əbu-Dabidəki “Habad” hərəkatının nümayəndəsi olub.
“Kanal 12” xəbər verir ki, Koqan 2008-ci ildə Mumbayda hücum zamanı həyat yoldaşı ilə birlikdə öldürülən ravvin Qabriel Holtzberqin qohumudur.
Xəzər
“Cebheinfo.az”