Ərdoğan NATO-nun baş katibi ilə görüşüb

Ərdoğan NATO-nun baş katibi ilə görüşüb

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. 

Görüşdə Suriyadakı son hadisələr müzakirə edilib. 

"Cebheinfo.az" bu barədə "TRT HABER"-ə istinadən xəbər verir. 

Prezident Ərdoğan görüşdə Türkiyənin Suriyada vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə etdiyini, Suriyanın Suriya xalqı tərəfindən idarə olunmasının vacibliyini, terrordan arındırılmış bir və bütün Suriyanı quruculuq işləri üçün Türkiyənin əlindən gələni edəcəyini bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"