Ərdoğan onun təklifini rədd etdi

Ərdoğan onun təklifini rədd etdi

Türkiyədə seçki öncəsi partiyaların yeni ittifaqlar formalaşdırmaqla bağlı həmlələri davam edir.

Cebhe.info xəbər verir ki, “Cümhur İttifaqı”na yeni partiyaların qatılmasından sonra sürpriz gəlişmə olub. Belə ki, Vətən Partiyası da koalisiyaya daxil olmaq üçün müraciət edib. Lakin gözləntilərin əksinə olaraq, onların bu tələbi qəbul edilməyib.

Bu barədə partiyanın sədri Doğu Perinçek açıqlama verib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın bu təklifi rədd etdiyini bəyan edib. Perinçek onların yerinə Hür Dava Partiyası (HüDA PAR) ilə əməkdaşlıq edilməsini isə tənqid edib.

Qeyd edək ki, Doğu Perinçek prezidentliyə namizədliyini açıqlasa da, 100 min imza toplaya bilmədiyi üçün namizəd ola bilməyib.

Elmir Mustafa
Cebhe.info