Ermənistan parlametində sülh müqaviləsi müzakirə edilib

Aprelin 8-də Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan NATO-nun Gürcüstandakı Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovu və ofisin siyasi məsələlər üzrə əməkdaşı Arkadyuş Legiçi qəbul edib.
“Cebheinfo.az” xəbər verir ki, tərəflər Ermənistan-NATO əməkdaşlığı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə beynəlxalq və regional təhlükəsizlik, bu istiqamətdə atılan addımlar, eləcə də Ermənistan silahlı qüvvələrində aparılan islahatlar mövzusuna toxunulub.Danışıqlarda Ermənistan və Azərbaycan arasında sülh sazişini, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələsi də müzakirə edilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”