Fil turisti əzərək öldürdü

Qan donduran hadisə Zambiyanın cənubundakı Livinqston şəhərində baş verib.
"Cebhe.info" xəbər verir ki, Juliana Turno adlı amerikalı turist Livinqstondakı Maramba Mədəniyyət Körpüsünə fil hücumundan sonra ölüb. Cənub əyalətinin polis komissarı Auxensio Daka dəhşətli hadisə ilə bağlı məlumat verib.
Daka bildirib ki, bədbəxt qadının ailəsi otelə qayıdanda fil sürüsü ilə qarşılaşıb və onları diqqətlə izləmək üçün dayanıblar. Turnonun bir filin ona hücumundan sonra yerə yıxıldığını ifadə edən Daka yaşlı qadının filin ayaqları altında əzilərək yaralandığını bildirib. Dakanın verdiyi məlumata görə, Turno yerli tibb mərkəzinə aparılıb, lakin onu xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Turno bu ay 70 yaşlı qadının gəzinti safarisində ona hücum edən begemot tərəfindən öldürülməsindən sonra vəhşi heyvan hücumundan ölən ikinci amerikalı turist oldu.
Nigar Hacılı
"Cebhe.info"