Hakan Fidan Qətərə səfər edəcək

Hakan Fidan Qətərə səfər edəcək

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Hakan Fidan aprelin 27-də Qətərə səfər edəcək.

Fidan sonuncu dəfə 2-3 fevral tarixlərində Qətərə, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani isə aprelin 11-də xarici işlər naziri Fidanın ev sahibliyi etdiyi İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqası (İƏT-AL) Qəzza Əlaqə Qrupunun Antalya Toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib.

Nigar Hacılı 
"Cebheinfo.az"