İran: Trampı öldürmək istəyən biz deyilik

İran: Trampı öldürmək istəyən biz deyilik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəkai Tehranın keçmiş və indiki ABŞ rəsmilərinin öldürülməsi planlarında iştirakı ilə bağlı iddiaları rədd edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Bəkai bu ittihamları rədd edərək, onları tamamilə əsassız adlandırıb.

Onun sözlərinə görə, əvvəllər də oxşar ittihamlar səslənib. Lakin İran onları qəti şəkildə təkzib edib və yalan olduğunu sübut edib.

Bakai deyib ki, indiki mərhələdə bu cür bəyanatların təkrarlanması “ABŞ və İran arasında münasibətləri daha da çətinləşdirmək üçün sionist və anti-İran dairələri tərəfindən təşkil edilmiş zərərli plandır”.

Bu yaxınlarda ABŞ Ədliyyə Nazirliyi İranın agent Fərhad Şakeriyə müşahidə aparmaq və prezident seçilmiş Donald Trampın öldürülməsinə hazırlaşmağı tapşırdığını bildirib.

Müşfiq Abdulla
“Cebheinfo.az”