İraqın şimalında 13 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Hakurk və Qara bölgələrinə təşkil edilən hava əməliyyatı ilə 13 PKK terrorçusu zərərsizləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən “X” hesabından edilən paylaşımda aşağıdakı ifadələr yer alıb:
"Zap bölgəsində kilidi bağlayan Türkiyə Silahlı Qüvvələrimiz terroru mənbəyində aradan qaldırmaq üçün İraqın şimalında gözlənilməz, qeyri-adi, sürətli hərbi əməliyyatları davam etdirir. Son olaraq Hakurk və Qara bölgələrində müəyyən edilən 13 PKK terrorçusu hava əməliyyatları ilə zərərsizləşdirilib".
Nigar Hacılı
"Cebheinfo.az"