İsrail Suriyaya hücum etdi

İsrailin müdafiə naziri İsrael Katz, silahlı druz qrupları ilə Suriya təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalara diqqət çəkərək, Dəməşq hökumətini hücumla hədələyib.
“Cebheinfo.az” xəbər verir ki, bu açıqlamadan sonra Dəməşqdə Prezident sarayının yaxınlığında bir hədəfin vurulduğu bildirilib.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz ordunun hücuma keçməsi barədə göstəriş veriblər.
İsrael Katz açıqlamasında,“Suriyada druzlara qarşı hücumlar davam edərsə, sərt cavab verəcəyik”, deyə bildirib.İsrailin xarici işlər naziri Gideon Saar isə iştirak etdiyi rəsmi tədbirdə beynəlxalq ictimaiyyəti Suriyaya müdaxilə etməyə çağırıb.
İsrail ordusunun Suriya paytaxtı Dəməşqdə Prezident Sarayının yaxınlığında bir hədəfi vurduğu təsdiqlənib.KAN-ın məlumatına görə, Netanyahu və Katz hücumla bağlı ortaq açıqlama yayıblar.
Açıqlamada druz qruplarının Suriya hökumətinə bağlı təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəticəsində yaranan qarşıdurmalara diqqət çəkilərək bildirilib:
“Dəməşqdə Prezident sarayının yaxınlığında bir hədəfə hücum etdik. Druzlara qarşı istənilən təhdidə icazə verməyəcəyik".
Həmçinin vurğulanıb ki, Dəməşqin cənubuna heç bir qüvvənin yerləşdirilməsinə yol verilməyəcək:
"Bu, Dəməşq hökumətinə açıq mesajdır. Druz cəmiyyətinə yönələn hər hansı təhdid qəbulolunmazdır".
Druz icmasını Dəməşq hökumətinə qarşı təhrik edən İsrail, dünən onları qorumaq bəhanəsi ilə Suriyaya hücumlar həyata keçirmişdi.Məlumata görə, Dəməşqin cənubunda druz silahlı qruplarının Suriya hökumətinə bağlı təhlükəsizlik qüvvələrinə qarşı başlatdığı qarşıdurmalarda yaralanan beş druz müalicə üçün İsrailə aparılıb.
Suriyada hökumət qüvvələri, paytaxt Dəməşqdə druz icmasının sıx məskunlaşdığı və son toqquşmaların baş verdiyi Caramane məhəlləsinin girişlərində nəzarət-buraxılış məntəqələri qurub.
Bölgə rəhbərləri ilə əldə olunan razılaşmaya əsasən, hökumət təhlükəsizlik qüvvələri gecə saatlarında əraziyə daxil olub.
Əfsanə Rəcəb
"Cebheinfo.az"