Keçmiş prezident edam edilə bilər

Keçmiş prezident edam edilə bilər

Cənubi Koreyanın keçmiş prezidenti Yoon Suk Yeol “iğtişaşları qızışdırmaq” ittihamı ilə keçirilən məhkəmənin ilk iclasında iştirak edib. 

"Cebheinfo.az" xəbər verir ki, Seul Mərkəzi rayon Məhkəməsində iclas zalında foto və video çəkməyə qanunla icazə verilmir. Cənubi Koreya qanunlarına görə, "iğtişaşlara təhrik etmək"də təqsirli bilinənləri ömürlük həbs və ya ölüm cəzası gözləyir.

“Yonhap”-ın məlumatına görə, sabiq prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan edib, lakin parlamentin səsverməsi və Nazirlər Kabinetinin təsdiqi ilə qərarın ləğvindən sonra geri çəkilmək məcburiyyətində qalıb. 

2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələb edilən Yoon Konstitusiya Məhkəməsinin onun işi ilə bağlı qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb.

Məhkəmə prosesinin ardınca Konstitusiya Məhkəməsi aprelin 4-də Milli Assambleyanın impiçment tələbini qəbul etmək və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun vəzifədən kənarlaşdırılmasını təsdiqləmək barədə qərar çıxarıb.

Qısa müddətdə hərbi vəziyyət elan edilməsinə görə “iğtişaş törətməkdə” ittiham olunan Yoon ona qarşı irəli sürülən ittihamları rədd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"