Lavrov: “Rusiya danışıqlara hazırdır”

“Rusiya həm Ukrayna, həm də Avropa ilə danışıqlar aparmağa hazırdır, lakin döyüş əməliyyatları yalnız Rusiyanı qane edən nəticə əldə olunduqda dayandırılacaq”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə keçirilən mətbuat konfransında deyib.
Səbinə Uğur
"Cebheinfo.az"