Livan İsrail ordusu tərəfindən bombalandı

Livan İsrail ordusu tərəfindən bombalandı

İsrail ordusunun Livanda həyata keçirdiyi hava hücumları nəticəsində ilkin məlumata görə 11 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata əsasən, İsrailə məxsus döyüş təyyarələri Livanın şərqində yerləşən Baalbek şəhərində 4 mərtəbəli binanı bombalayıb.

Əl-Mətrəbə məhəlləsində bombalanan binada ilkin məlumata görə 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə işləri davam edir.

Paytaxt Beyrutun cənubundakı Aramun qəsəbəsi və Əs-Sadiyat bölgəsində bombalanan iki binada da yaralıların olduğu bildirilib.

Yerli medianın Səhiyyə Nazirliyinə istinadən yaydığı xəbərlərə görə, İsrailin Aramun və Sadiyat bölgələrinə endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Agentlik həmçinin İsrail ordusunun paytaxt Beyrutun şərqində yerləşən Hazmiye bölgəsində bir oteli hava hücumu ilə vurduğunu, əraziyə çoxlu sayda yanğınsöndürən maşınların göndərildiyini qeyd edib.

İsrail ordusu ölkənin cənubundakı Nebatiyə şəhərinə bağlı Ət-Tayri və Kunin qəsəbələri yaxınlığını da hava hücumu ilə hədəfə alıb.

Nigar Hacılı 
"Cebheinfo.az"