MKİ rəhbəri gizli şəkildə Çinə səfər edib

MKİ rəhbəri gizli şəkildə Çinə səfər edib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns 2023-cü ilin mayında gizli şəkildə Çinə səfər edib.

Bu barədə “Report” “Financial Times”a istinadən yazır.

Qeyd olunub ki, səfərin məqsədi ölkələr arasında münasibətləri yaxşılaşdırmaq olub.

Nəşrin yazdığına görə, onun səfəri Ağ Evin Pekin və Vaşinqton arasında münasibətlərin pisləşməsindən narahat olduğunu göstərir. Mənbənin məlumatına görə, Berns Pekində rəsmi şəxslər və ölkə kəşfiyyatının nümayəndələri ilə danışıqlar aparıb.

Bundan əlavə, ABŞ prezidenti Cozef Bayden MKİ-nin direktorundan həm ölkə daxilində, həm də xaricində həssas missiyaları yerinə yetirməyi xahiş edib. Belə ki, 2021-ci ilin noyabrında Uilyam Berns Moskvaya səfər edib.

Səfəri çərçivəsində o, Rusiya rəsmilərinə Ukraynaya ilə bağlı xəbərdarlıq edib. Həmçinin bildirilib ki, Berns Nensi Pelosini Tayvana səfər etməməyə razı salmalı idi.

Cebhe.info