Ağdaşda traktorla yük maşını toqquşub: Xəsarət alan var

Ağdaşda yol qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Ləki kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı yük maşını və traktor toqquşub. Hadisə nəticəsində traktorun sürücüsü 27 yaşlı Ucar rayon sakini Şamil Mahmudov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"