Levandovski ilə münaqişə yaşayan məşqçi istefaya göndərildi

Levandovski ilə münaqişə yaşayan məşqçi istefaya göndərildi

Polşa millisinin baş məşqçisi Mixal Probej istefaya göndərilib. 

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb onun komandanın ulduz futbolçusu Robert Levandovski ilə münaqişə yaşaması olub. 

Belə ki, M.Probej bir müddət öncə R.Levandovskidən kapitan sarğısını alıb. 

Nəticədə forvard baş məşqçi dəyişdirilənə qədər yığmada oynamayacağını açıqlayıb. 

Bu gün isə Polşa Futbol Federasiyası M.Probejlə yolları ayırdığı barədə məlumat yayıb. 

"Cebheinfo.az"