Salyanda fermada güclü yanğın: 33 inək tələf oldu

Salyanda fermada güclü yanğın: 33 inək tələf oldu

Salyan rayonunda güclü yanğın olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qardili kəndi ərazisində Eyyub Şikarova məxsus ümumi sahəsi 300 m² olan fermada baş verib.

Yanğın nəticəsində fermanın yanar konstruksiyaları, 7 ton ot bağlaması və 33 baş inək yanaraq tələf olub.

"Cebheinfo.az"