İran müharibə planı hazırlayıb: KİMİ VURACAQ?

İran müharibə planı hazırlayıb: KİMİ VURACAQ?

“İran hücum baş verəcəyi halda yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailə qarşı cavab tədbirləri planı hazırlayıb”.

“Cebheinfo.az” xəbər verir ki, “New York Times” yüksək rütbəli İran rəsmisinə istinadən beləyazıb.

Qəzet yazır ki, İran ordusu və hökumət rəsmiləri İsrailin potensial zərbəsinə cavab tədbirlərini müzakirə etmək üçün artıq bir araya gəliblər: 

“Tehran yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailə qarşı dərhal əks-hücum təşkil edə biləcək cavab planı hazırlayıb”.

“CBS News” amerikalı mənbələrə istinadən daha əvvəl İsrailin İranda hərbi əməliyyat keçirməyə tam hazır olduğunu bildirmişdi. Eyni zamanda, qeyd olunub ki, Vaşinqton İrandan qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab addımı atacağını gözləyir.

Xəzər
“Cebheinfo.az”