Moldova səfirinə etiraz edildi
Moldovanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Moldovanın səfiri Lilian Dariy Rusiya XİN-ə çağırılıb və Moldovada rusdilli KİV-in təqib edilməsi ilə əlaqədar etiraz bildirilib.
Səfirə Moldovanın bir sıra rəsmi şəxslərinin Rusiyaya girişinə qadağa qoyulması barədə məlumat verilib.
Cebhe.info