Qəzza zolağı üzrə təmas qrupu dörd ölkəyə səfər edəcək

Qəzza zolağı üzrə təmas qrupu dörd ölkəyə səfər edəcək

Qəzza zolağındakı vəziyyətlə bağlı Misir, İndoneziya, İordaniya, Nigeriya, Fələstin, Səudiyyə Ərəbistan və Türkiyənin xarici işlər nazirləri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibindən ibarət təmas qrupu yaxın günlərdə Rusiya, Böyük Britaniya, Fransa və ABŞ-a səfər edəcək. 

Cebhe.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, nümayəndə heyəti ötən gün Çində təmasda olub və çərşənbə axşamı Moskvaya səfər edəcək.

Digər tərəfdən Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Əlcəzairə səfərində müşayiət edəcəyi üçün Çindəki toplantıya qatıla bilməyib, eləcə də Rusiyadakı görüşlərə də qatılmayacaq. 

Qəzza təmas qrupunun çərşənbə günü London və Parisə səfəri gözlənilir, burada İngiltərə Baş naziri Rişi Sunak və Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul ediləcəklər.

Nümayəndə heyəti daha sonra ABŞ-a gedəcək, lakin bu səfərin tarixi hələ müəyyən edilməyib.

Nigar Hacılı 
Cebhe.info