Rusiya Xersona zərbə endirib

Rusiya Xersona zərbə endirib

Rusiya qoşunları Ukraynanın Xerson vilayətinə hücum edib, nəticədə dörd nəfər həlak olub, beş nəfər yaralanıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Vilayətin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat verib.

"Rusiyanın zərbələri nəticəsində 4 nəfər həlak olub, daha 5 nəfər yaralanıb", - o yazıb.

Prokudin qeyd edib ki, Rusiya qoşunları yaşayış məntəqələrinin sosial infrastrukturuna və yaşayış məhəllələrinə zərbələr endirib, xüsusilə beş çoxmərtəbəli bina və altı fərdi ev zədələnib.

"Cebheinfo.az"