Sərhəddə silahlı insident

Sərhəddə silahlı insident

Suriyanın Rakka vilayətinə bağlı Tel-Abyad rayonunda hərbi nəzarət-buraxılış məntəqəsinə  silahlı hücum nəticəsində bir əsgər ölüb.

"Cebheinfo.az"-ın Suriya dövlət televiziyası "Əl-İhbariyyə"-yə istinadən məlumatına görə, şəxsiyyəti hələlik müəyyən edilməyən şəxslər Tel-Abyad rayonundakı hərbi posta hücum ediblər.

 Deyrizor vilayətinin şərqindəki Əl-Basira bölgəsində nəzarət-buraxılış məntəqəsinə atəş açıldıqdan sonra ərazidə axtarış-təhqiqat işləri aparılır.

Xatırladaq ki, fevralın 21-də Suriyada, Rakkanın şimalındakı Əl-Vasitə kəndində naməlum şəxslər tərəfindən törədilən hücumda biri hərbçi olmaqla, 2 nəfər həlak olmuşdu.

Həmin hücuma görə məsuliyyəti Suriya qüvvələrinə qarşı hücum çağırışları edən İŞİD terror təşkilatı üzərinə götürmüşdü.

Nigar Hacılı 
"Cebheinfo.az"