Trampdan “TikTok” açıqlaması

Trampdan “TikTok” açıqlaması

ABŞ Prezidenti Donald Tramp “TikTok”-la bağlı açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki,  Prezident Donald Tramp “TikTok”-un Amerika şirkətinə satılmadığı təqdirdə ölkədə qadağan edilməsini nəzərdə tutan qanunun icrasını dayandırmaq üçün verilən 75 günlük müddətin uzadıla biləcəyini, lakin bunun lazım olacağını düşünmədiyini söyləyib.

Tramp “TikTok” ilə maraqlananların çox olduğunu və sövdələşməyə ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günündə “TikTok”-un Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-də qadağan edilməsini nəzərdə tutan qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalamışdı.

Tramp “TikTok”-un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün bunun 50 faizinin ABŞ şirkətinə verilməsini istədiyini bildirib:

“"TikTok”-u satmaq və ya bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik. Çinin də təsdiqi lazımdır, amma əminəm ki, onlar da razılıq verəcəklər. Verməsələr  Çinə tarif tətbiq edərik". 

Nigar
“Cebheinfo.az”