Türkiyədən Ermənistana cəmi 106 min dollar...

Türkiyədən Ermənistana cəmi 106 min dollar...

Türkiyənin bu ilin yanvar-mart aylarında qonşu ölkələrə (Bolqarıstan, Ermənistan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstan) ixracının həcmi 6 milyard 243 milyon 71 min dollar təşkil edib.

“Cebheinfo.az” xəbər verir ki, Türkiyə mətbuatının Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında bu qonşu ölkələrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb.

Türkiyə mallarının Ermənistana ixracı 106 min dollar təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,4% azdır. Ötən ilin birinci rübündə bu rəqəm 124 min dollar olub.

Xəzər
“Cebheinfo.az”