Türkiyədən Rusiyaya gözlənilməz CƏZA: İmtina etdi

Rusiya neftinin əsas idxalçılarından biri olan Türkiyənin “Tupras” neft holdinqi Urals xam neftinin alışını müvəqqəti dayandırdığını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, qərar ABŞ-nin yanvarın 10-da Rusiyanın 200-dən çox enerji şirkətinə, o cümlədən dəniz neft ixracının əhəmiyyətli hissəsini təşkil edən “Qazpromneft” və “Surqutnefteqaz”a qarşı tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır.
“Hələlik Türkiyənin Rusiyadan karbohidrogen idxalını tamamilə dayandırıb- dayandırmayacağı bəlli deyil, lakin belə bir tərəfdaşın itirilməsinin Rusiya büdcəsinə ciddi zərbə vuracağı şübhəsizdir”,-deyə Rusiya mətbuatı yazıb.
Xəzər
“Cebheinfo.az”