Ukraynanı böləcəklər: "Bunu etsələr...”

Ukraynanı böləcəklər: "Bunu etsələr...”

"Daha Fərqli Ukrayna" hərəkatının sədri, rusiyapərəst Viktor Medvedçuk Ukraynanın təbii sərvətləri ilə bağlı hazırlanmış sazişi ölkənin faktiki bölünməsi hesab edir.

"Cebheinfo.az" xəbər verir ki, Serbiya hökumətinin vitse-prezidenti Aleksandar Vulin də bunu xatırladan mövqe ilə çıxış edib. O, Ukraynanın sərhəd ərazilərinin Avropa ölkələri arasında bölünməsinin Serbiya üçün sürpriz olmayacağını bildirib:

"Əgər bunu etsələr, təəccüblənmərəm".

Xatırladaq ki, "Daha Fərqli Ukrayna" hərəkatının sədri Viktor Medvedçuk bildirib ki, Ukraynanın təbii sərvətləri ilə bağlı hazırlanmış saziş əslində ölkənin bölünməsinin başlanğıcı olacaq. 

Onun sözlərinə görə, Vladimir Zelenski 2024-cü ildən Ukraynanı "topdan və pərakəndə satmağa çalışır, çünki ölkənin artıq şansı qalmayıb".

Səbinə Uğur
"Cebheinfo.az"