Arutyunyan: "Ya Qarabağdan çıxmalıyıq, ya da ölməliyik"

Arutyunyan: "Ya Qarabağdan çıxmalıyıq, ya da ölməliyik"

Erməni separatçılarının başçısı Araik Arutyunyan bu yaxınlarda Moskvada "işgüzar" səfərdə olub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, Arutyunyan bir neçə gün əvvəl geri qayıdıb.

Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, baş separatçı Moskvadan qayıtdıqdan sonra yaxın ətrafına bildirib ki, onların iki yolu var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək və lazım gələrsə, ölmək...

Araik istefa mövzusunun hələlik qapalı olduğunu, yaxın gələcəkdə "seçkilərin" olmayacağını bildirib.

Bundan əlavə, erməni mənbələri qeyd edib ki, Araik yeni müharibəyə hazırlaşmaq və silahlanmaq barədə göstəriş verib.

Cebhe.info