Məktəblərdə “Məhəmməd Füzuli ayı” başlayıb

Məktəblərdə “Məhəmməd Füzuli ayı” başlayıb

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilir. 

“Cebhe.info” xəbər verir ki, layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, ədəbiyyat, eləcə də incəsənət xadimləri ilə görüşlərin təşkili, şairə həsr olunmuş bədii, sənədli filmlərin nümayişi, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqənin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, may ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır. 

Nigar 
“Cebhe.info”