Qədr gecəsində hansı dua oxunur?

Min aydan daha xeyirli olan Qədr gecəsinin yaxınlaşması ilə Qədr gecəsində insanlar oxunacaq duaları öyrənmək istəyir.
Cebhe.info xəbər verir ki, İslam inancına görə, Qədr gecəsi Allahın insanlara ən yaxın olduğu gecə hesab olunur.
Bəs Qədr gecəsində hansı dua oxunur? Peyğəmbərin oxuduğu Qədr gecəsi duası nədir?
Bu gecə, Hz.Məhəmmədin (s) həyatında mühüm yer tutur. Həzrəti Məhəmmədin (s) dövründə Qədr gecəsində Cəbrayıl mələyi tərəfindən ona ilk vəhylərin nazil edildiyi gecə olduğuna inanılır.
Dini mənbələrdəki məlumata görə, Hz.Aişə (r.ə) bir gün Peyğəmbərə dedi: “Ey Allahın Rəsulu, əgər mən Qədr gecəsini bilirəmsə, orada necə namaz qılmalıyam?”
Peyğəmbər belə cavab verib: "Allahummə innəkə afuvvun kərimun tuhibbu-l-‘əfv fə‘fu ‘ənni" (Allahım Sən bağışlayansan, səxavətlisən və bağışlamağı sevənsən, məni bağışla!)
Bu dua ilə yanaşı Qurandan məlum olan Fatihə və Nas surəsi kimi bütün duaları oxumaq olar.
Ramazan ayının son on günü daxil olduqda, Hz. Peyğəmbər dünya işlərindən uzaqlaşar, gecələri daha çox namaz və təfəkkürlə keçirər, ailəsini ibadət üçün oyaq tutardı.
Qədir surəsinin ərəbcə necə oxunur?
1. İnnâ enzelnâhu fî leyletil kadr.
2. Ve mâ edrâke mâ leyletul kadr.
3. Leyletul kadri hayrun min elfi şehr.
4. Tenezzelul melâiketu ver rûhu fîhâ bi izni rabbihim min kulli emrin.
5. Selâmun, hiye hattâ matlaıl fecr.
Qədir surəsinin türkcə mənası nədir?
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
Qədr gecəsinin nə olduğunu bilirsinizmi?
Qədr gecəsi min aydan yaxşıdır.
O gecə Rəbbinin izni ilə Ruh və mələklər hər cür iş üçün enirlər.
O gecə sübhə qədər sülhdür.
Nigar
Cebhe.info