Türkiyə səfiri NAXÇIVANDA

Türkiyə səfiri NAXÇIVANDA

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Naxçıvana səfər edib.

Cebhe.info xəbər verir ki, diplomat bu barədə X-də məlumat verib.

"Prezidentimizin səfəri öncəsi Naxçıvandayıq", - deyə Bağcı paylaşımında yazıb.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana gələcək.

Cebhe.info