Yeni rektor kimdir? - DOSYE

Yeni rektor kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.

“Cebheinfo.az” xəbər verir ki, Yaşar Adil oğlu Ömərov 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin “Biokimya” ixtisasına qəbul olub və 1999-cu ildə həmin ixtisas üzrə bitirib 1999-2001-ci illərdə təhsilini BDU-nun magistraturasında eyni ixtisas üzrə davam etdirib. 2001-ci ildə BDU-nun aspiranturasına qəbul olmuş, 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb. 2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışmışdır. 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirmiş və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışıb. 2019-cu ildən  Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib.

Azərbaycan Respublikası təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilmişdi.

YAP-ın üzvüdür.

"Cebheinfo.az"