Bakıda sürücü ilə sərnişinin bıçaqlı davasına RƏSMİ REAKSİYA

Bakıda sürücü ilə sərnişinin bıçaqlı davasına RƏSMİ REAKSİYA

Dünən sosial şəbəkələrdə marşrut avtobusunda baş verən hadisə ilə bağlı məlumat yayılıb. 

Qeyd edilir ki, saat 17.30 radələrində “Xətai” metrostansiyası yaxınlığında (FHN Yanğından Mühafizə İdarəsinin qarşısındakı dayanacaqda) sərnişini olduğu 30 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə bir sərnişin arasında mübahisə düşüb: 

“Sərnişin avtobusa orta qapıdan mindi, sürücü yerə düşməsini tələb etdi. Sərnişin düşüb ön qapı tərəfə gələndə sürücü tez qapıları bağlayıb maşını yerindən tərpətdi. Sərnişin də tənbəllik eləməyib avtobusun dalınca qaçdı, qarşıdakı dayanacaqda yetişib sürücünü söydü. Sürücü də ona açıq söyüş söydü, avtobusdan düşdü, sərnişinin dalınca qaçdı. 

Sərnişin də eləmədi tənbəllik, əlindəki torbadan yekə bir bıçaq çıxartdı, avtobusdakı kişi sərnişinlər aşağı düşüb bunları ayırmağa çalışdı, avtobusun içərisindəki uşaqlar, yaşlı qadınlar qorxdu. Sərnişinlər bunları ayırmağa çalışdıqca, bunlar daha da qızışır, qaçıb avtobusun o biri tərəfində bir-birlərinə hərbə-zorba gəlirlər. Küçənin ortasında sanki kriminal film çəkirdilər. 

Aidiyyəti qurumlar ərazidəki kameralardan hər şeyi aydın görüblər. Tıxacları yara-yara gələn avtobus sərnişinlə dolu idi, tərpənmək mümkün deyildi, iki nəfərə görə adamlar havasız avtobusda bu sıxlıqda 10 dəqiqədən çox nəfəsləri kəsilə-kəsilə qaldı. 

Üstəlik də bu yazdıqlarımı pəncərədən gərginliklə izləyə-izləyə qalmışdıq. Sərnişinin əlində yekə bıçağı görən qadınlar, uşaqlar əsirdi. Evdən çıxanda mənzil başına sağ-salamat gedib çatmaq istəyən bir sərnişin kimi bu gün mənə və avtobusdakı digər qadınlara, uşaqlara stres yaşadan hər iki xuliqanın cəzalandırılmasını xahiş edirəm”. 

Məsələ ilə bağlı müvafiq qurum tərəfindən hansı tədbirlər həyata keçirilib? 

Məsələ ilə bağlı “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətindən məsələ ilə “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ araşdırılır:

“Yəqin ki 1-1,5 saata görüntülər çıxarılıb baxılacaq. Nəticə də itimaiyyətə açıqlanacaq”. 

Nigar Abdullayev
“Cebheinfo.az”