Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - YENİLƏNİB

Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - YENİLƏNİB

Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Videodan qadının psixi sağlamlıq vəziyyətinin yerində olmadığını ehtimal etmək mümkündür.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

"Cebheinfo.az"