Məhkəmə tiktoker "Xozeyn"lə bağlı qərar verdi

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı qərar verdi

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti iki ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Vüqar Kərimova qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o məhkəmənin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

"Cebheinfo.az"