Toyda çıxış edəndən sonra öldü
Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.
Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.
M.Dadaşovun ürəktutmadan dünyasını dəyişməsi bildirilib.
"Cebheinfo.az"