Bakıda 30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxs hərbi ekspert imiş - FOTO

Bakıda 30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin bu gün yaydığı məlumatda bildirilib ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə öldürülməsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramova qarşı cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə Nazim Bayramov tanınmış hərbi ekspertdir. O, Birinci Qarabağ müharibəsində diviziya komandiri olub, həmçinin Vətən müharibəsində də könüllü kimi iştirak edib.
Qeyd edək ki, Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.
Cebhe.info