Bakıda transseksualların harayına gələnlər tutuldu
Bakıda 2 transseksualın xuliqanlıq əməlinə görə saxlanılmasından sonra onların buraxılmasını tələb edən şəxslər polis şöbəsinin qarşısında yığışıb.
Yenisabah.az xəbər verir ki, DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bu barədə açıqlam verib.
Onun sözlərinə görə, mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
Cebhe.info