Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulur

Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulur

Ötən il fevralın 25-də vəfat edən muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulur.

Cebhe.info xəbər verir ki, bununla bağlı Fəxri xiyabanda xanəndənin məzarında işlər görülür.

Qeyd edək ki, bir müddət öncə muğam ifaçısının qəbirüstü abidəsinin eskisi ailəsi tərəfindən qəbul edilməmişdir.

Sənətkarın qızı Rəqsanə Məmmədli mətbuata açıqlamasında eskiz layihəsində müəyyən səhvlərin olduğunu deyib:

"Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar. Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar".

Xatırladaq ki, Xalq artisti Əlibaba Məmmədov ölkə mədəniyyətinə xidmətlərinə görə, "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülüb.

Günay Şahmar
Cebhe.info