Kamil Zeynallı “Trendyol”u fırıldaqçı adlandırdı: “Bu şirkətə inanmayın”

Kamil Zeynallı “Trendyol”u fırıldaqçı adlandırdı: “Bu şirkətə inanmayın”

Kamil Zeynallı Türkiyənin məşhur alış-veriş saytı olan "Trendyol"un  fırıldaqçı olduğunu iddia edib.

Cebhe.info xəbər verir ki, “İnstagram” hesabında bu haqda yazan idmançı şirkətin reklam qarşılığında ona ödəməli olduğu 1000 dolları vermədiyini bildirib:

"Özləri kimi fırıldaqçı şirkət yoxdur. Yüzlərlə tanınmışa, blogerə və s. adamlara reklam borcları var. Çox "maşennik" şirkətdir, insanları aldatmaqla məşğuldurlar.

1 aydan çoxdur mənə 1000 dollar verəcəkləri var. İstanbuldan belə zəng gəldi ki, bu gün-sabah ödəyəcəklər. O boyda şirkət utanmır.

Bilsəydim ki, 1000 dolların acısısınız, sizin şirkətə pul göndərərdim? Ya dolandırıcı “maşennik”lərin reklamına çəkilərdim?

Ödəniş etməyə canları çıxır..

Bu şirkətə inanmayın və qeydiyyatdan keçməyin!”, - deyə Kamil Zeynallı izləyicilərinə səslənib./Bizim.Media

Cebhe.info